Preloader Close
Servİs haqqında

Elektrik işləri nədir?

Elektrik işləri elektrik enerjisinin ötürülməsi, paylanması və istifadəsi ilə məşğul olan bir sahədir. Bu işlərə elektrik quraşdırmadan tutmuş texniki xidmətə qədər bir çox müxtəlif proseslər daxildir. Elektrik işləri geniş fəaliyyət sahələrini əhatə edir və elektrik qurğularının təhlükəsiz və səmərəli işləməsini təmin edir. Bu sahədə bizim mütəxəssislər elektrik layihələrini planlaşdırır, layihələndirir və həyata keçirir.

Elektrik quraşdırma:

Elektrik işlərinin əsasını tikililərin, bina və ya obyektlərin təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təmin edən qurğuların quraşdırılması təşkil edir. Buraya güc nöqtələrinin, panoların, kabellərin və digər elektrik komponentlərinin quraşdırılması daxildir.

Elektrik Təmiri və Bərpası:

Elektrik işlərində müntəzəm texniki qulluq və zəruri hallarda təmiri təhlükəsizlik və fasiləsiz işləmək üçün vacibdir. Bu işlər elektrik nasazlığının qarşısını almaq üçün vacibdir.

Enerji Paylanması və Panellər:

Elektrik işləri bina və qurğular daxilində enerjinin düzgün paylanmasını təmin edir. Bura elektrik panellərinin, paylayıcı qurğuların və enerji paylayıcı avadanlıqların layihələndirilməsi və quraşdırılması daxildir.

Elektrik Təhlükəsizliyi Standartları:

Elektrik işləri təhlükəsiz iş standartlarına uyğunluğu tələb edir. Bu standartlar işçilərin təhlükəsizliyini və elektrik sistemlərinin etibarlılığını təmin etmək üçün yaradılmışdır. Elektrik təhlükəsizliyini davamlı inkişaf etdirmək bizim əsas öhdəliklərimizdən biridir. Gündəlik iş öncəsi təlimatlandırma, elektrik təhlükəsizliyinə yer verilməlməsi bizim üçün mütləqdir. Bu təlimatlarda işin növünə uyğun olaraq, ümumi risklər, yüksək gərginlik, qəzalı xəttlər və s. əlaqəli mövzular barəsində məlumatlar veririk.

Bizimlə əlaqə saxlayın:

Elektrik işləri haqqında ətraflı məlumat almaq və ya layihələrinizə qiymət təklifi tələb etmək üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Təcrübəli elektrik mühəndislərimiz və texniklərimiz elektrik işləri tələblərinizə uyğun həllər təqdim etmək üçün buradadır.

Yuxarı