Preloader Close
MİSSİYAMIZ

Strategiyalı inşaat şirkəti
inkişafı tempi ilə

Şirkətimiz sektordakı inkişafları yaxından izləyən dinamik və peşəkar komanda tərəfindən idarə olunur. Biz yaradıcılığa təşviq edən və davamlı öyrənməni dəstəkləyən bir mədəniyyət yaratmaqla layihələrimizə unikal toxunuşlar əlavə edirik. Bizimlə əmakdaşlıq etdiyiniz zaman, tikintinin sadəcə təmsilçisi yox, yaranan problemə çevik həll yolu tapan, texniki dəstəklə təmin edən, həm də yaradıcı olan komanda ilə qarşılaşacaqsınız. Təklif etdiyimiz xidmətlər inşaat həm də satış sahəsində təcrübəmiz və həvəsimizlə daha gözəl şəkildə formalaşır. Biz hər bir layihəni bir fürsət kimi görürük və hər bir işi diqqətlə idarə edərək əla nəticələr əldə etməyə çalışırıq. Bizim vəzifəmiz sadəcə inşaa etmək və məhsulları tədarük etməkdən ibarət deyil, uzunmüddətli əlaqələr inşaa etmək əsas hədəfimizdir.

Mübariz Faziloğlu

Təsisçi

2006

Şirkətin quruluşu

İlkin olaraq şirkətimiz 2006-cı ildən etibarən qida sektorunda fəaliyyətə başlamış, qida məhsullarının distruborlugunu həyata keçirmiş, bu sahədə böyük uğurlar əldə etmiş, daha sonra şaxələnərək tikinti sektorunda da fəaliyyət göstərməyə başlamışdır.

2008

Tikintidə artım və müvəffəqiyyət

Yarandığı gündən Fazil Group MMC tikinti sənayesində sürətlə inkişaf etmiş və mühüm layihələrə imza atmışdır. Layihələrin icrası və yüksək keyfiyyətli tikinti materiallarının tədarükü üzrə təcrübəmiz müştərilərimizin etimadını qazanmışdır.

2015

Ölkədən kənarda fəaliyyətlər

Türkiyədə, Dənizli şəhərində bir sıra ticari fəaliyyətə başlayan Fazil Group tikinti sahəsində yeniliklərə və uğura imza atmışdır. Eyni zaman çərçivəsində Azərbaycanda tikinti materiallarının satışı və distrubutorluq şirkətimizin əsas fəaliyyət sahələrindən biri olmuşdur.

2023

Bu gün

Bu gün tikinti sənayesində inşaat materiallarının tədarükü, layihənin dəyərinin qiymətləndirilməsi, layihələrin vaxtında icrası və təhvilinə qədər biz müştərilərimizə ən yüksək keyfiyyətli xidmətlər təqdim edirik.

Gələcək məqsədlər

Fazil Group MMC böyüməyə davam etməyi və gələcəkdə müştərilərimizə daha çox dəyər təqdim etməyi hədəfləyir. İnnovativ yanaşmalarımız və daim inkişaf edən biznes strategiyalarımızla sektorda lider olmaq niyyətindəyik.

Yuxarı