Preloader Close
Servİs haqqında

Əmakdaşlıq Şəbəkəsi və Etibarlı Tərəfdaşlar:

Türkiyədə uzun illər davam edən fəaliyyətimiz zamanı qurduğumuz möhkəm,uğurlu iş ortaqlığı inşaat sahində də təcrübə və etibarlılığımızı təmsil edir. Türkiyənin müxtəlif bölgələrində marka olan köklü iş ortaqlarımızla güclü əməkdaşlıq şəbəkəsi yaratmışıq. Bu əmakdaşlar sənayedə uzun illər təcrübəsi və yüksək keyfiyyətli məhsulları ilə tanınırlar. Türkiyənin qabaqcıl sənaye boya istehsalçıları ilə sıx əməkdaşlığımız müştərilərimizə ən yaxşı həllər təklif etməyimizə kömək edir. Bu güclü tərəfdaşlıqlar sayəsində biz müştərilərimizə geniş çeşiddə məhsullar təklif edə bilirik. Müştərilərimizə ən son texnologiya və çevrə dostu olan təmiz boyalar təklif etməklə, layihələrinizdə uzunmüddətli və estetik nəticələr əldə etmənizə şərait yaradırıq.

Sənaye boyalarının tədarükü:

Biz yüksək keyfiyyətli sənaye boyaları təmin etmək və tikinti sənayesinin ehtiyaclarına uyğun olaraq müştərilərimizə ən uyğun həllər təklif etmək üçün buradayıq. Geniş məhsul çeşidimiz müxtəlif sektorlara xitab edən xüsusi boya növləri ilə layihələrinizə ən uyğun rəng və örtük variantlarını təqdim edir.

Məhsul çeşidi:

Müştərilərimiz üçün geniş çeşiddə məhsullar təklif edirik, bu çeşidə epoksi boyalar, akril boyalar, poliuretan boyalar və s. Hər bir məhsulun xüsusi texniki xüsusiyyətləri və istifadə sahələri haqqında ətraflı məlumat veririk.

Texniki Spesifikasiyalar:

Davamlılıq, quruma müddəti, kimyəvi müqavimət və tətbiq üsulları kimi texniki xüsusiyyətlər məhsullarımızın uğurlu nəticələr əldə etməniz üçün vacib elementləridir.

Rəng və Kaplama Seçimləri:

Biz sizə layihənizin ehtiyaclarına uyğun rəng seçimləri və örtük növləri arasından seçim etməyə imkan verməklə estetika və funksionallığı birləşdiririk.

Tətbiq sahəsi:

Sənaye boyalarımız avtomobil sənayesindən tikinti layihələrinə, mebel istehsalından metal işlərinə qədər geniş tətbiq sahəsinə malikdir. Hər sahəyə uyğun boya təklifləri və həll yolları təklif edirik.

Sifariş və Təchizat Prosesi:

Sifariş prosesi haqqında məlumat almaq və məhsullarımızı əldə etmək üçün bizimlə əlaqə saxlayın. Təchizat proseslərimiz müştəri məmnuniyyəti əsasında tez və etibarlı şəkildə həyata keçirilir.

İnşaat sənayesindəki təcrübəmizlə, layihələrinizi uğurla davam etdirmək və sizə lazım olan ən uyğun sənaye boyalarını təmin etmək üçün buradayıq. Suallarınız və sifarişləriniz üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Yuxarı