Servİs haqqında
Metal konstruksiya işləri:
Metal konstruksiya işləri demək olar ki,inşaat sektorunun bütün sahələrində var. Metal konstruksiya işləri dedikdə bina və tikililərin dayaq skeletinin və konstruksiya elementlərinin metal materiallarla qurulması prosesi başa düşülür.
Metal materiallar:
Metal konstruksiya işlərində istifadə olunan əsas materiallara polad, alüminium və müxtəlif ərintilər daxildir. Bu materiallar müxtəlif güc, çəki və davamlılıq xüsusiyyətlərinə malikdir.
İstifadə (tətbiq) sahələri:
Metal konstruksiya işləri, sənaye obyektlərində, ofis binalarında, dəmir yollarında,körpülərdə, ticarət mərkəzlərində, idman arenalarında və bir çox başqa tikililərdə istifadə olunur.
Xüsusi dizayn:
Metal konstruksiyalarda xüsusi dizayn variantları təklif etmək mümkündür. Mühəndis və dizayn komandamız müştərinin xüsusi tələblərinə cavab verən varianlar təqdim edir.
Güclü və möhkəmlilik:
Metal konstruksiyalar təbii fəlakətlərə, aşınmaya və ətraf mühitin təsirlərinə davamlıdır. Bu strukturlar uzunömürlüdür və təmir-bərpa xərcləri daha ucuzdur.
Bizimlə əlaqə saxlayın:
Metal konstruksiya işləri haqqında ətraflı məlumat almaq və ya layihələrinizə qiymət təklifi tələb etmək üçüm bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Təcrübəli komandamız tikililərinizi təhlükəsiz və etibarlı şəkildə qurmağınıza kömək edəcək.